Bakıda Rəsulzadənin sözlərinin həkk olunduğu lövhə sökülüb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi binasının üzərində Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhə götürülüb.
Yasamal Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilib ki, binada təmir işləri gedir. Bu səbəbdən də lövhə sökülüb.
“Təmir işləri bitdikdən sonra hər şey öz yerinə bərpa ediləcək, həmçinin həmin cümlə də”, – deyə qurum əlavə edib.