Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində abadlıq işləri aparılır. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Xəzər rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Baba Əliyev küçəsi, 2 və Qurban İsmayılov küçəsi, 1 ünvanlarını əhatə edən ümumi sahəsi 1300 kv.m olan əraziyə asfalt örtüyü döşənib. Həmçinin uzunluğu 250 m xətt çəkilməklə işıqlandırma quraşdırılıb.
Hazırda ərazidə təmizlik işləri aparılır.
[URIS id=81488]