Bakıda mərkəzə gedən avtobusların sayının azaldılması təklif olunur. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Anar Rzayevin sözlərinə görə, sıxlığın azaldılması üçün əsas çıxış yolu Bakının mərkəzinə gedən avtobusların sayının azaldılmasıdır.
“Səfərlərin əksəriyyəti Xırdalan, Binəqədi istiqamətindən Bakının mərkəzinədir. Araşdırmalarımız göstərir ki, səfərlərin 13%-də Bakının mərkəzindən tranzit kimi istifadə olunur. Eləcə də səfərlərin 50%-i Xətai rayonundan Bakının mərkəzinə doğrudur”, – deyə o qeyd edib.