top
Məsafədən kreditləşmə bütün banklara tətbiq ediləcək? – ÖZƏL AÇIQLAMA
24 oktyabr 2024, 07:29
- ↺ +

Məsafədən kreditləşmə bütün banklara tətbiq ediləcək? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır”.

Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov ötən gün Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

“Bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır”, - deyə o qeyd edib.

Maraqlıdır, məsafədən kreditləşmə bütün banklaramı şamil ediləcək? Bu addım hansı imkanları yarada bilər?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, Mərkəzi Bank bütün banklarda məsafədən kreditləşməni tənzimləməyi düşünür:

“Məsafədən kreditləşmə, müştərilərin fiziki olaraq bank və ya maliyyə qurumlarına getmədən, onlayn platformalar vasitəsilə kredit alması prosesidir. Müştəri onlayn platforma üzərindən kredit üçün müraciət edir, şəxsi məlumatları, maliyyə vəziyyəti və istədiyi kredit məbləği qeyd olunur. Bank və ya maliyyə qurumu müştərinin kredit müraciətini qiymətləndirir. Burada müştərinin kredit tarixi, gəlirləri və digər maliyyə göstəriciləri nəzərə alınır.

Müraciət təsdiq edildikdən sonra müştəriyə kredit şərtləri təqdim olunur. Müştəri razılaşarsa, müqavilə imzalanır. Məsafədən kreditləşmənin üstünlükləri odur ki, sürətli həyata keçirilir və vaxt itkisi olmur. Mərkəzi Bank bunu genişləndirmək haqqında düşünür ki, bütün banklar məsafədən kreditləşməni həyata keçirə bilsin”.

Ekspert qeyd edib ki, kredit xərcləmə davranışlarına görə də müəyyən edilə bilər:

“Bəzi bankların rəqəmsal variantı var. Həmin banklar onlayn krediti rahatlıqla verə bilir. Lakin bu, bütün banklara şamil edilmir. Eyni zamanda bunu genişləndirmək riskin idarə edilməsi, istehlakçıların həddən artıq yüklənməsinin qarşısını alacaq.

Kredit götürüləndə gəlir və öhdəliyə baxılırdı. Amma məsafədən kreditləşmədə xərclənmə davranışlarına diqqət edilə bilər”.

X.Kərimli əlavə edib ki, bank sektorunun rəqəmsal platformasını inkişaf etdirmək lazımdır:

“İdarə edilmənin formalaşdırılmasına və qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank bu sahədə işlər gördüyünə dair bəyanat verib. Daha geniş tətbiq edilməsi məsələsi Mərkəzi Bankın strategiyasında bazara təqdim edilib”.

Nəzrin Vahid

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər