"m10" elektron pulqabının "BakıKart bileti" bölməsində problem yaranıb. Vətəndaşlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.
“Bakuplus” Oxu.Az-a istinadən bildirir ki, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva müvəqqəti çətinlik olduğunu təsdiqləyib:
"Təkmilləşdirmə işləri aparılır, çox tezliklə çətinlik aradan qaldırılacaq. Ümumən az insanda bu problem müşahidə edilib".