Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Magistraturaya qəbul imtahanının I cəhdinin 1 fevral tarixində keçirilməsi nəzərdə tutulur. İştirak etmək istəyənlərin elektron sənəd qəbulu isə 15-29 yanvar tarixləri arası aparılacaq.
Bundan əlavə, “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Burada magistraturaya qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, eləcə də müsabiqə şərtləri qeyd olunub. Həmçinin jurnalda müxtəlif fənlər üzrə tapşırıq nümunələri əks olunub.
Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.