Masazırda sahibsiz itlər insan həyatı üçün təhlükə yaradır.
Bu barədə Bakuplus.az-a Masazır sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara şikayət ediblər, mövzu bir neçə dəfə medianın diqqətini çəkib. “Bir ara itləri yığışdırıb apardılar. Ancaq yenə küçələr itlə dolub. Hazırda sahibsiz itlər böyük təhlükə mənbəyidir”, - sakinlər deyiblər.