Metronun “Memar Əcəmi - 2” stansiyasında liftlər niyə işləmir? Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Metronun "Bənövşəyi" xəttinin "Memar Əcəmi - 2" stansiyasında sağlamlıq imkanları məhdud olan şəxslər üçün lift quraşdırılıb. Ancaq həmin liftdən istifadə etmək mümkün deyil. Liftə açar sistemi qoşulub ki, kənar şəxslər ondan istifadə etməsinlər.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı bildirib ki, stansiyada kifayət qədər xoşagəlməz hallar müşahidə olunması liftin bağlanmasına səbəb olub.
“Əlil arabası olan sərnişin mütləq şəkildə liftdən istifadə edə bilməlidir. Müvafiq siqnal sistemi quraşdırılmaqla yenidən iş aparılacaq ki, qapılar rahatlıqla açılsın”, – deyə o qeyd edib.