top
Metronun 28 May stansiyasının qarşısındakı parkda nələr olacaq?
27 sentyabr 2024, 11:27
- ↺ +

Metronun "28 May" stansiyasının qarşısındakı parkda nələr olacaq?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarındakı "Şamlıq parkı"nda aparılan abadlaşdırma işləri ilə əlaqədar qurumuş ağacların götürülməsi, həmçinin Xarici dairəvi yolla Nazim Hikmət küçəsinin kəsişməsində yolun genişləndirilməsi məqsədilə kiçik diametrli ağacların, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi 4Z ünvanındakı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə maneçilik yaradan yaşıllıqların və Bakı Dəmiryol Vağzalı ilə metronun "28 May" stansiyasının qarşısında inşa olunan parkda tikinti altına düşən yaşıllıqların köçürülməsi üçün rəy verilmə məsələlərinə baxılıb. Bundan əlavə, gündəliyə Nəsimi rayonu, H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin kəsişməsində pilot layihə çərçivəsində inşa ediləcək yaşayış və qeyri-yaşayış binalarının tikintisinə maneçilik yaradan yaşıllıqların köçürülməsi də daxil edilib.

Bakı Dəmiryol Vağzalı və metronun "28 May" stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin mühəndisi Ariz İsmayılov deyib ki, layihə üzrə ərazidə tikini altına düşən yaşıllıqlar köçürüləcək. O qeyd edib ki, tikini altına düşən 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ətraf ərazilərinə köçürüləcək:

"Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməsi mümkün ağaclardır. Tikini zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetr yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda əkiləcək ağaclar Bakının iqliminə uyğun növlərdir. Burada böyük avtobus dayanacağı, eyni anda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobusların şarj edəcəyi 2 stansiya, velosiped zolağı və fontanlar da olacaq", - deyə A.İsmayılov bildirib.

"Nəsimi rayonunun H.Sarabski, A.Qurbanov, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə pilot layihə çərçivəsində "ArchiCO" MMC tərəfindən tikilən hündür mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin ikinci mərhələsi üzrə işlərin icrasına maneçilik yaradan ümumilikdə 27 ağac və 3 kol bitkisi köçürüləcək". Bununla bağlı fikir bildirən mühəndis-konstruktoru Emil Əzizbəyov əlavə edib ki, ağacların diametri kiçikdir və köçürülməsi uyğundur:

"Texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurum tərəfindən müvafiq olaraq əl əməyi və xüsusi ağaççıxaran maşınların köməyi ilə yaşıllıqların nisbi sükunət dövründə köçürülərək layihədə yaşıllıq üçün nəzərdə tutulan münbit sahəyə əkiləcək, ərazi daha da abadlaşdırılacaq", - deyə E.Əzizbəyov vurğulayıb.

İctimai dinləmədə götürülən yaşıllıqlara kompensasiya olaraq Bakı şəhəri ərazisində boş ərazidə dayanıqlı suvarma sistemi ilə yaşıllıq sahəsinin salınması şərti qoyulub. Şirkət rəsmisi bu şərtlə razılaşaraq onu qəbul edib.

Gündəlik üzrə müzakirəsi aparılan bütün layihələrin rəy verilmə mərhələsində olduğu qeyd edilib.

İctimai dinləmənin sonunda layihələrin icrası zamanı yaşıllıqların mühafizəsi ilə bağlı ekoloji tələblərə əməl edilmənin, Bakı və Abşeron yarımadasında yaşıllıq zonalarının artırılmasının, iqlimə xas ağac və kolların əkilməsinin, bununla bağlı suvarılma sisteminin, düzgün aqrotexniki qulluq göstərilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər