Dekabrın 31-də “Metropark” Ticarət və Əyləncə Mərkəzində uşaqlar üçün Yeni il şənliyi baş tutacaq. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az xəbər verir.
Ticarət mərkəzində balacalar üçün animatorlar, Şaxta baba, eləcə də Qar qızla əyləncəli oyunlar keçirəcəklər, müxtəlif şou-proqramlar təşkil olunacaq.
Tədbir saat 15:00-da başlayacaq. Şənliyə giriş sərbəstdir.