Metropolitendə 9 yaşlı uşaq köməksiz vəziyyətdə tapılıb. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadəyə istinadən xəbər verir.
K.Ağazadənin sözlərinə görə, uşaq metropoliten əməkdaşlarına evə dönməmək üçün yalvarıb:
“Demək, bu uşaq dəhşətlər yaşayıb, təhsildən yayındırılıb, bədənində iltihablı yaralar var. Hər gün 70 manatdan çox pul qazanıb. O puldan yemək üçün özünə götürəndə anası döyüb, bu azmış kimi, hər dəfə atasına da döydürüb”, – deyə o, paylaşımda qeyd edib.
Birliyin sədri valideynlərin cəzalandırılmasını tələb edib.