Azərbaycan Milli Xalça Muzeyində dekabrın 24-ü “Xalçalarla Yeni İl möcüzəsi” bayram şənliyi keçiriləcək. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir zamanı uşaqları ustad dərsləri, əyləncəli konsert proqramı, teatr tamaşası gözləyir.
Bununla bağlı iki nəfərlik dəvətnamə oynanılır:
- Azərbaycan Milli Xalça Muzeyinin Facebook səhifəsinə və AMXM - Uşaq Muzeyi səhifələrinə abunə olun;
- bu postu Azərbaycan Milli Xalça Muzeyinin və AMXM - Uşaq Muzeyi aktiv etiketləri ilə storinizə repost edin ki, iştirakınızı qeyd edə bilək;
- bu postun altındakı şərhlərdə bir dostunuzu işarələyin. Şərhlərin sayı məhdud deyil, amma dostların nikləri təkrarlanmamalıdır.
Qalibin adı 21 dekabr saat 15:00-da @azerbaijannationalcarpetmuseum səhifəsinin hekayə (stories) bölümündə qeyd olunacaq.