Bakıda növbəti dəfə “Min bir gecə” ikipərdəli baleti baş tutacaq. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Opera və Balet Teatrının mətbuat xidmətinə istinadən xəbər verir.
Tədbir Heydər Əliyev Sarayında fevralın 9-da saat 19:00-20:45 arası baş tutacaq. Biletləri şəhərin və “ASAN Xidmət”in kassalarından, eləcə də onlayn əldə etmək mümükündür. Qiymət 15-45 manat arasında dəyişir.
Baletin bəstəkarı Fikrət Əmirovdur. O, “Min bir gecə” baletini 1979-cu ildə yazıb. Librettonun müəllifləri isə Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlardır. Balet ərəb nağılları əsasında yazılıb.