Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində asfalt örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan yollarda asfaltlanma işləri davam etdirilir. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Suraxanı İcra Hakimiyyətinə istinadən məlumat verir.
Hazırda qəsəbənin A.Rzayev küçəsindəki döngələrə asfalt örtüyü vurulur.
Rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.
[caption id="attachment_108665" align="alignnone" width="640"]
Foto Suraxanır rayon İcra Hakimiyyəti[/caption]