Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində sakinlər su problemi ilə üzləşiblər. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, onlar bir neçə dəfə "Azərsu"ya müraciət etsələr də, məsələ öz həllini tapmayıb.
"Bizə sadəcə deyirlər ki, ərazidə qəza var, ona görə su verilmir", – deyə sakinlər qeyd ediblər.
"Azərsu"nun verdiyi məlumata görə, son vaxtlar suya təlabat artıb və onlar bunu nəzərə alıblar. Suyun verilişi artırılıb ki, qəsəbələr su ilə normal təmin olunsun. Bu gün həmin əraziyə su veriləcək.