“Deniz Mall” Ticarət Mərkəzində MMA döyüşçülərinin görüşü baş tutacaq. Bu haqda bu gün, Bakuplus.az “Rizin Azerbaijan”a istinadən xəbər verir.
Dünyaca məhşur RIZIN MMA döyüşlərinin iştirakçıları ilk dəfə üz-üzə gələcəklər. Tədbir çərçivəsində üz-üzə görüşlər, daha sonra isə avtoqraf sessiyası keçiriləcək. İdmançıların qarşılaşması isə 4 noyabr tarixində olacaq.
Görüş 2 noyabr saat 18:00-da təşkil olunacaq. Giriş sərbəstdir.