Paytaxtda növbəti konsert proqramı təşkil olunacaq. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Tədbirdə "Üzüklərin Hökmdarı" filmlərindən musiqilər səsləndiriləcək. Unikal konsert yüzlərcə şamdan ibarət zalda keçiriləcək. Proqramda “Mystery Ensemble” musiqiçiləri çıxış edəcəklər.
Konsert 23 fevral tarixində saat 20:00-21:00 aralığında Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.
Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymətlər 15-80 manat arasında dəyişir.