Paytaxtın Nərimanov rayonunda eyniadlı metro stansiyasının qarşısı təmir olunur. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yenidənqurma işləri Əhməd Rəcəbli, 41A ünvanında aparılır. Küçə boyunca səkilərdə tamet daşlarının dəyişdirilməsi, bəzi yerlərdə bordürlərin bərpa edilməsi nəzərdə tutulub.
Hazırda əraziyə müvafiq materiallar gətirilib. Təmir-bərpa işlərinin yaxın zamanda başlanması gözlənilir.
[caption id="attachment_99555" align="alignnone" width="896"]
Foto Nərimanov rayon İcra Hakimiyyəti[/caption]