Paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yaşayan 56 ailə liftdən narazıdır. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, yararsız vəziyyətdə olan 9 mərtəbəli binanın lifti tez-tez xarab olur. Sakinlərin sözlərinə görə, hər dəfə ciblərindən pul verib lifti təmir etdirirlər, ancaq problem tam həll olunmur.
“Hər ay 2-3 dəfə lifti təmir etdiririk. Hər dəfə bir hissəsi xarab olur”, - deyə sakinlər bildiriblər.
BŞİH-dən bildirildi ki, həmin bina onların yox, nazirliklərdən birinin balansındadır. Binanın istismar sahəsinin rəisi İbad Dünyamalıyev bildirib ki, lift yenilənməlidir. Bununla bağlı müvafiq qurumlara müraciət olunacaq.