Bakının Nərimanov rayonu, Əliyar Əliyev, 7 ünvanında həyəti su basıb. Bu haqda bu gün, 20 fevral tarixində Baku.ws məlumat verib.
Sakinlərin sözlərinə görə, ərazidə olan fərdi ev qanunsuz tikilib və bina su quyusunun üzərində inşa olunub.
Məsələ ilə bağlı vətəndaşlar "Azərsu” ASC-yə şikayət ediblər. Qurumun əməkdaşları baxış keçirib və həqiqətən də həmin tikilinin qanunsuz olduğunu, su quyusunun üzərində tikildiyi faktını təsdiq ediblər. Lakin evin sahibi xəbərdarlığa məhəl qoymayıb. "Mənim icradan icazəm var", - deyərək o, heç bir tədbir görmür.
Sakinlər Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etsələr də, hələ ki heç bir nəticə əldə olunmayıb.