Paytaxtın Nərimanov rayonunda növbəti küçə əsaslı təmir olunur. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri rayonun İsa bulağı küçəsinin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan hissəsində aparılır. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəzlənir. 890 kv.m ərazidə səki daşları bərpa olunur.
Daha sonra küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılacaq, həmçinin üfüqi nişanlanma xətləri çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq.
[caption id="attachment_98997" align="alignnone" width="640"]
Foto AAYDA[/caption]