Nəsimi rayonunda iməcilik keçirilir. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmizlik işləri çərçivəsində kommunal xidmətlər tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı yuyulub.
Qulluq zamanı parklarda, abad həyətlərdə, xiyabanlarda alaq otları təmizlənib, yaşıllıq zolaqlarına qulluq göstərilib, qazon örtükləri və yanğın təhlükəsizliyi ilə əlaqədar sahələrdə quru otlar biçilərək təmizlənib.