Nəsimi rayonunda binalarda quruculuq və yenidənqurma işləri davam etdirilir. Bu haqda 19 iyul tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.
Keçirilən silsilə tədbirlər çərçivəsində Mir Cəlal küçəsi, 42 ünvanında yerləşən binada quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Görüləcək işlər:
- binanın fasadı bərpa olunacaq, rənglənəcək, blokların qapı və pəncərələri yeniləri ilə əvəz olunacaq;
- binanın dam örtüyü əsaslı təmir olunacaq;
- yağış suları axıdan boru və navalçalar dəyişdiriləcək.
Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni yaşıllıq zolaqlarının salınması, söhbətgahlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulub.
[URIS id=53166]