Bakının Nəsimi rayonu Alı Mustafayev və Səməd Vurğun küçələri boyunca binaların fasadlarında bərpa işləri aparılır. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Ümumi yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin fasadlarında nasaz vəziyyətə düşən elementlər sökülərək bərpa işləri aparılıb. Analoji işlər müxtəlif ünvanlarda davam etdirilir.
Sözügedən işlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədardır.
[caption id="attachment_141748" align="alignnone" width="640"]
Foto RİH[/caption]