Bakının Nəsimi rayonunda abadlıq-təmizlik işləri keçirilib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
İməcilik işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrdə yollar, bina fasadları, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, həmçinin məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Eyni zamanda yaz fəslinin gəlişi ilə əlaqədar məhəllələr, mərkəzi küçə və prospektlərin yol kənarları alaq otlarından təmizlənib. Eləcə də parklarda və abad həyətlərdə yeni oturacaqlar, kiçiktutumlu urnalar quraşdırılıb və cari təmir işləri görülüb.
Əlavə olaraq, rayon ərazisində ticarət obyektlərinin vitrinləri yuyulub.
[caption id="attachment_133734" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]