Bakının Nəsimi rayonunda həftəlik iməcilik aparılıb. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrdə bordürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, eləcə də məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Əlavə olaraq, rayon ərazisində yerləşən ticarət obyektlərinin vitrinləri də təmizlənib.
Abadlıq-təmizlik işlərində sakinlər, həmçinin idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
[caption id="attachment_128517" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]