Bakının Nəsimi rayonunda növbəti iməcilik keçirilib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində prospekt və küçələrin səki kənarları, həmçinin bina fasadları, işıq dirəkləri və yol kənarındakı məhəccərlər yuyularaq təmizlənib.
Əlavə olaraq, yaz fəslinin gəlişi ilə əlaqədar iməcilikdə məhəllələrdə, mərkəzi küçə və prospektlərin yol kənarlarında alaq otları təmizlənib.