Nəsimi rayonunda dərzi sexini su basıb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Hadisə rayonun Hüseynbala Əliyev, 77K ünvanında baş verib. Sahibkarın sözlərinə görə, bu hal istilik veriləndən sonra yaranıb.
“Xətləri yoxlamadan istiliyi vurublar. Bütün su zirzəmiyə dolub. Mənim də obyektimi su basıb, müştərilərin paltarları zay olub. 2500-3000 AZN ziyan dəyib. İdarədən isə heç bir addım atmırlar”, – deyə sahibkar qeyd edib.
"Azəristiliktəchizat"dan məsələ ilə bağlı bildiriblər ki, sözügedən binanın zirzəmisindəki xətlər qurumun balansında deyil. Binanın mülkiyyətçisi mövsümdən öncə həmin kommunikasıyanın qorunması və işlək vəziyyətdə saxlanmasını təmin etməli idi. 51 saylı Mənzil-Kommunal İstismar Sahəsi də səlahiyyətli olmadığını vurğulayıb.