Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində avtomobil parklanması zamanı qaydalar kobud şəkildə pozulur. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az xəbər verir.
Belə ki, avtomobillər 2 zolaqlı yolun hər 2 tərəfində park olunub. Bu azmış kimi, bəzi sürücülər maşınları ikinci sırada, hətta qarşı zolağa keçərək park ediblər. Bu da hərəkətdə ciddi çətinliklər yaradır və digər sürücüləri qaydaları pozmağa vadar edir.
Məsələ ilə bağlı görüntüləri təqdim edirik:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/04/sequence-0311.mp4"][/video]