Nəsimi rayonunda abadlıq-quruculuq işləri davam edir. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Üzeyir Hacıbəyov küçəsində binanın fasadında bərpa işləri aparılıb.
Bundan əlavə, rayon ərazisində piyadaların hərəkətinə maneə yaradan elementlər ləğv edilib, piyada səkiləri təmir olunub. Həmçinin pilləkənlərdə təmir-bərpa işləri aparılıb, piyada səkilərinə yeni tamet daşları vurulub, bordürlər düzülüb.