Nəsimi rayonunda qazın verilişi dayandırılıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Qaz xəttinin zədələnməsi ilə ələqədar Nefçilər prospekti, Ü.Hacıbəyov, Bülbül, Z.Əliyeva, Ə.Əliyev, İstiqlaliyyət, R.Behbudov, S.Vurğun, H.Z.Tağıyev, Tərlanbəyov, Mehdi Huseyn, K.Səfərəliyeva küçələrində ümumilikdə 4000 abonentin qazı kəsilib.
Qazın verilişi yaxın zamanda bərpa olunacaq.