Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində piyada səkiləri zəbt olunub. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sözügedən küçənin piyada səkiləri müxtəlif obyektlər tərəfindən zəbt olunub. Obyektlərin pilləkənləri və giriş qapıları küçənin səki hissəsinə çıxarılıb. Sakinlər bu vəziyyətdən narahat olduqlarını bildirirlər. Onlar hərəkət etməkdə ciddi cətinlik çəkirlər və özlərini təhlükəyə atmağa məcbur olurlar.
Rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, adıçəkilən küçədə yerləşən qeyri-yaşayış obyektləri 30-40 ildir fəaliyyət göstərir və hər birinin texniki pasportu, şəxsi mülkiyyətdə olması aşkarlanıb. Bunun üçün həmin obyektlərin səkiyə çıxışını bağlamaq qeyri-mümkündür.