Nəsimi rayonunda abadlaşdırma işləri aparılır. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmir-bərpa işləri çərçivəsində rayonun 28 May küçəsi 48, 50 və Nizami küçəsi, 119 saylı binaları əhatə edən sahələrdə köhnə asfalt örtüyü sökülərək yenisi ilə əvəzlənir. Daha sonra əraziyə müvafiq yol cizgiləri çəkiləcək, nişanlar quraşdırılacaq.
Hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.
[caption id="attachment_107543" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]