Nəsimi rayonunda növbəti küçənin təmirinə başlanılıb. Bu haqda bu gün, 8 oktyabr tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Rayonun Cavadxan, 30 və 34 ünvanlarında abadlıq-quruculuq işlərinə start verilib. Görülən işlər çərçivəsində həyətdə qurumuş ağaclar kəsilib, budanma işləri aparılıb. Hazırda yaşayış binalarının fasadında və dam örtüyündə əsaslı təmir işlərinin aparılması, yağış suları axıdan boruların dəyişdirilməsi, binaların giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, eləcə də həyətdə söhbətgah, oturacaqlar, uşaq və idman meydançalarının yaradılması işləri aparılır.
Daha sonra həyətdə tamet daşlarının, qazon örtüyünün vurulması, yeni su və işıqlandırma sistemlərinin çəkilməsi işləri nəzərdə tutulub.
[caption id="attachment_115261" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]