“Tullantıları tingə dəyiş” aksiyasının keçiriləcəyi növbəti ünvan açıqlanıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Keçiriləcək ənənəvi ekoloji aksiyanın şərtləri aşağıdakı kimidir:
- Şüşə və ya plastik butulka, eləcə də banka və ya işlənmiş batareya qəbul olunur;
- 10 işlənmiş batareyaya görə 1 ting veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkalara görə 1 ting veriləcək;
- Ümumi tutumu 35 litr olan müxtəlif plastik butulkalara görə 1 ting veriləcək;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq.
Tədbir 27 dekabr tarixində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Araz” supermarketinin qarşısında saat 11:00-da başlayacaq. Ünvan: Əli İsazadə küçəsi, ev 51.