top
Nəzakət Teymurova: “O demək deyil ki, hamı milli musiqini dinləməlidir...” - MÜSAHİBƏ
18 sentyabr 2024, 01:00
- ↺ +

Nəzakət Teymurova: “O demək deyil ki, hamı milli musiqini dinləməlidir...” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

18 Sentyabr - xalqımız üçün əlamətdar bir gündür. Bu tarixi gün  dahi bəstəkar, görkəmli musiqişünas, yazıcı, publisist, ictimai xadim, maarifçi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi günüdür.

Bu münasibətlə Bakuplus.az-ın əməkdaşı Xalq artisti Nəzakət Teymurova ilə danışıb.

- 18 sentyabr Milli Musiqi Günüdür. Bu günün necə qeyd olunmasını istərdiniz?

- Bəli, bu gün Milli Musiqi Günüdür. İllərdir ki, musiqiçilər və dəyərli sənətkarlarımız əlamətdar günü fəxrlə qeyd edirlər. Sevindirici haldır. Əsl sənətkarlar bu gün münasibəti ilə bir-birilərini təbrik edirlər.

- Milli Musiqi günü Üzeyir bəyin adı ilə bağlıdır. Sizcə, bu gün kimi Üzeyir bəyin davamçısı hesab etmək olar?

- Əsl sənətlə məşğul olanları Üzeyir bəyin davamçıları hesab etmək olar. O, əvəzolunmaz sənətkar idi. Azərbaycanın milli, professional musiqisinin təməlini qoydu. Onunla heç kimi müqayisə etmək olmaz. Davamçıları olaraq sənətkarlar onun qoyduğu iz ilə yol gedirlər.

- Sizcə, bu gün musiqimiz hansı səviyyədədir? Savadlı musiqiçilərin sayı azalıbmı?

- Professional ifaçı olduğum üçün peşəkarlar ilə çalışıram. Ona görə, mənim ətrafımda ünsiyyət saxladığım ifaçılar, musiqiçilər professionaldır. Sayı da azalmayıb. Azərbaycan Milli Konservatoriyasında çalışıram. İstər xanəndələr, istərsə də ifaçılar arasında gözəl sənətkarlar yetişir. Savadlı ifaçılarımızın heç vaxt sayı azalmayacaq.

- Muğam sənət aləmində ən çətin janr sayılır. Gənc muğam ifaçılarından razısınızmı?

- Muğam ifaçıları arasında razı olduqlarım da var, olmadıqlarım da. Kimin gücü muğamın çətinliklərinə davam gətirəcəksə, gələcəyi olacaq. Ağır janr olduğuna görə, burada güclülər qalır.

- Üzeyir bəyin hansı əsəri sizin üçün əvəzolunmazdır?

- Üzeyir bəyin bir çox əsəri mənim üçün əvəzolunmazdır. Mən iki operasında çıxış etmişəm. “Leyli və Məcnun” operasında Leylini, “Koroğlu”da xanəndə qız obrazı mənim üçün əvəzolunmazdır. Orada milli dəyərlərimiz və musiqimiz var. Ən əsas da - əziyyət var. Mənim üçün hər şey əziyyətdən başlayır. Üzeyir Hacıbəyov  milli musiqimizin bünövrəsini ən çətin zamanda qoydu. Bu günə qədər də elə Üzeyir Hacıbəyovun yolu ilə də gedirik.

- Siz Leyli obrazını canlandırmısınız. Bu barədə danışardınız.

- 1995-ci ildə Leyli obrazını canlandırmışam. Ən sevdiyim rol olub. İllər boyu tamaşaçıların qarşısına çıxmışam. Bir çox ölkələrdə də tamaşa qoyulub. Üzeyir Hacıbəyovun yaratdığı əsərlər hər zaman alqışlar ilə qarşılanıb. Bu sənət hər zaman yaşayacaq. Orada musiqi dəryadır. Ən yaxşı musiqi illər boyu yaşayır. Əsl sənətkarlar musiqimizi yaşadır.

Milli musiqilərimizə maraq hansı səviyyədədir?

- İnsanları məcburən nəyəsə qulaq asdırmaq olmaz. Hər kəsin qəbul etdiyi musiqilər var. Ola bilər kimsə milli musiqini sevmir, ayrı janrlara rəğbət bəsləyir. O demək deyil ki, hamı milli musiqini dinləməlidir. Ailədən də irəli gəlir. İnformasiya dövrüdür. Heç kimi məcbur etmək olmur ki, musiqiyə qulaq as.

Son xəbərlər

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Oxşar xəbərlər