Nağdsız əməliyyatların stimullaşdırılması istiqamətində növbəti layihə qəbul olunub. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 19 noyabr tarixində xəbər verir.
Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.