top
Nazirliyin qovduğu işçini məhkəmə bərpa etdi
08 oktyabr 2024, 05:00
- +

Nazirliyin qovduğu işçini məhkəmə bərpa etdi

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən işdən çıxarılan işçi vəzifəsinə bərpa olunub.

Qaynarinfo məlumat yayıb ki, sözügedən mərkəzdə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədilə attestasiyadan keçirilib.

Təqdim olunan bildirişdə işçilərə qabaqca heç bir məlumat verilmədən attestasiyanın keçirilmə tarixi göstərilməyib. Attestasiyaya əlavə olunan sənəddə isə 30 sualdan ibarət olan mövzu qeyd edilib.  Əvvəl təqdim olunan suallara 35 sual əlavə olunmaqla, ümumilikdə 65 sualla bağlı attestasiya keçirilib.

Lakin xəstəliyi ilə əlaqədar attestasiyada iştirak edə bilməyən mərkəzdə Planlaşdırma və inkişaf şöbəsinin layihələrin idarə edilməsi sektorunda mütəxəssis vəzifəsində işləyən C.M. Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə işdən çıxarılıb.

C.M. işə qayıdan günü mərkəzin rəhbərliyi tərəfindən onun attestasiyadan keçməsi tələb edilib. İddiaçı bununla bağlı bildirib ki, xəstəlikdən sonra ilk iş gündür və tam olaraq orqanizmi bərpa olunmadığına görə attestasiyadan keçməsi və suallara cavab verilməsində çətinlik çəkə bilər. Bununla bağlı mərkəz rəhbərliyindən xahiş edib ki, həmin günü attestasiyadan keçməsin.

Elə həmin günü Metodiki və İxtisasartırma Mərkəzinin direktoru tərəfindən C.M. Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən, iddiaçının əmək müqaviləsinə xitam verilib.

Məsələ ilə bağlı C.M. məhkəməyə müraciət edib. C.M. məhkəmədə iddia edib ki, mərkəzin 32 işçi faktiki olaraq attestasiyada iştirak edib və 32 işçidən yalnız 5 nəfər attestasiyadan uğurlu keçib. O isə attestasiya keçirildiyi vaxt xəstəliyi ilə əlaqədar bülletendə olub. Bildirib ki, attestasiya keçirilməsi ilə bağlı işçilərə bildiriş göndərilməsinə baxmayaraq, qeyd olunan xəbərdarlıqda hansı tarixdə attestasiyanın keçirilməsi qeyd olunmayıb. Beləliklə hansı tarixədək işçilərin təqdim olunan 30 sualla bağlı hazırlaşmaları barədə məlumatları olmayıb, bundan əlavə olaraq attestasiya günü işçilərə təqdim edilmiş 30 sualla 35 sual əlavə edilib və həmin 35 sualla hazırlaşmağa vaxt verilməyib. Onun fikrincə, işəgötürən tərəfindən bu cür hərəkətlər attestasiyanın obyektiv olmasına, qərəzli olmamağına əsaslı şübhələr yaradır.

Məhkəmənin qərarı ilə, direktorun əmri ləğv edilib, C.M. Elmi Metodiki və İxtisasartırma Mərkəzində Planlaşdırma və inkişaf şöbəsinin layihələrin idarə edilməsi sektorunun mütəxəssisi vəzifəsinə bərpa olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 09:26

Yasamal və Xəzərin bəzi ərazilərində işıq olmayacaq

Sabunçu
Dünən, 17:51

Bakıda ər arvadını çay qaşığı ilə döydü

Xəbər
Dünən, 17:46

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Xəbər
Dünən, 17:08

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Xəbər
Dünən, 16:43

Bakıda 31 kq narkotik aşkarlandı - VİDEO

Xəbər
Dünən, 16:00

Zeynəb Xanlarova əməliyyat olundu

Xəbər
Dünən, 15:28

"Melissa Group"un mühafizəçisi sakini döyüb

Xəbər
Dünən, 15:10

Uşağınız tez-tez xəstələnir? - Səhiyyə Nazirliyinin pediatrından vacib tövsiyələr

Xəbər
Dünən, 14:12

Skuterdən yıxıldı, öldü

Xəbər
Dünən, 13:20

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var

Xəbər
Dünən, 12:29

Bakıda avtomobil piyadanı vurdu, sürücü öldü

Xəbər
Dünən, 12:19

Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb

Xəbər
Dünən, 11:39

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Xəbər
Dünən, 11:07

Yol polisi Formula-1 ilə əlaqədar sürücülərə müraciət edib

Nizami
Dünən, 10:38

Qaynını azyaşlı oğlunun gözü qarşısında öldürmüşdü - Cəzası azaldıldı

Xəbər
Dünən, 10:21

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə  cinayət işi açılıb

Xəbər
Dünən, 09:36

Hövsanda evdən meyit tapıldı

Xəbər
Dünən, 09:08

DİQQƏT: 49 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Xəbər
22 sentyabr 2026, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
22 sentyabr 2026, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
22 sentyabr 2026, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
22 sentyabr 2026, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
22 sentyabr 2026, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Xəbər
22 sentyabr 2026, 16:11

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Xəbər
22 sentyabr 2026, 15:37

Qaradağda "Puta" idman zalı və minifutbol meydançası açıldı - FOTO

Xəbər
22 sentyabr 2026, 13:10

Bakıda klinika 29 min manat cərimələndi - Ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə…

Xəbər
22 sentyabr 2026, 12:42

Sabah 30 dərəcə isti olacaq

Xəbər
22 sentyabr 2026, 12:06

Polisə silahlı müqavimət göstərdi, zərərsizləşdirildi

Oxşar xəbərlər