Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib. Bu haqda məlumatı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti verib.
Belə ki, xidmət əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı ağacların Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 9 ünvanında yerləşən “Neolit” restoranının rəhbərliyi tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.