Nizami rayonunda yaşayış binasının həyətində naqilləri açıq şəkildə olan elektrik xətləri sakinləri narahat edir. Bu haqda 28 fevral tarixində Bakuplus.az-a məlumat daxil olub.
Xalqlar Dostluğu stansiyasının yanında, Ağ Çiçəyim mağazasının arxasında yerləşən yaşayış binasının həyətində olan elektrik yarımstansiyadan çıxan naqillər yerin altından yox, yaxınlıqdan keçən qaz borusunun üstü ilə çəkilib. Bir müddət sonra naqillər sallanıb və əlçatan olub. Həmçinin elektrik xətti basdırılmamış vəziyyətdə torpağın üzərindən aparılıb.
Qeyd olunan yarımstansiyanın uşaq meydançasının və istirahət qovşağının yanında olması vəziyyəti daha da gərginləşdirir. Həmin naqillər təhlükə mənbəyinə çevrilir. Sakinlər həmçinin bildirirlər ki, bir il əvvəl bu stansiyada partlayış olmuşdur.
[URIS id=35138]