Baş Dövlət Yol Polisi İdarəsinin Nizami rayon Şöbəsinin əməkdaşları rayonda maarifləndirici aksiya keçiriblər. Bu haqda bu gün, 22 fevral tarixində Avtosfer.az məlumat verib.
Məktəblilərlə görüşdə yol hərəkəti qaydaları və təhlükəsizlik məsələləri müzakirə olunub. İnspektor, polis leytenantı Tural Kamranzadə məktəblilərə yolu keçərkən, işıqfordan və piyada keçidlərindən istifadə edərkən riayət edilməli olan qaydalar barədə məlumat verib.
O, həmçinin bildirib ki, valideynlər avtomobillərini məktəblərin qarşısında saxlayaraq sıxlıq və təhlükə yaradırlar.
Tədbirdə məktəbliləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.