Nizami rayonunda yeni əkilən ağaclar sınmaq təhlükəsi ilə üzləşiblər. Bu haqda 28 fevral tarixində Bakuplus.az-a məlumat daxil olub.
Babək prospekti, Xalqlar körpüsünün yanında abadlıq işləri aparılıb və yeni zeytun ağacları əkilib, amma onların dibi bərkidilməyib. Nəticədə, ağacların kiçik və nazik olması nəzərə alınmadığına görə, onlar küləyin təsirindən əyilib və qövdələri sınmaq üzrədir.
“Güclü külək ağacları demək olar ki yerə yıxıb. Gələcəkdə bunlar bərkidilməsə, quruyub sınacaqlar”, - sakinlərin biri narahatlığını bildirib.
[caption id="attachment_35163" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]