Paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi əsaslı təmir olunur. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Sözügedən ərazinin Azər Manafov və Əli Vəliyev küçələri arasındakı, uzunluğu 640, eni isə 9 metr olan hissəsi yenidən qurulur.
Layihə çərçivəsində köhnə asfalt örtüyü qaşınıb. Hazırda sahəyə yeni asfalt örtüyünün vurulması, eləcə də piyada səkilərinin bərpası işləri aparılır. Həmçinin ərazidə parklama yerlərinin ayrılması nəzərdə tutulub. Təmir işlərinin aparılacağı sahə 8 min kv.m təşkil edir.
Hazırda sözügedən rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.
[URIS id=44978]