Bakıda Novruzla bağlı ustad dərsləri keçirilir. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
“Novruz görüşləri” adlı master-klaslar Mədəniyyət Nazirliyinin dəstəyi ilə start götürüb. Ustad dərsləri 5-20 mart tarixlərində baş tutacaq. Görüşlərin keçirilməsində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsidir.
Layihə çərçivəsində tanınmış və sahəsi üzrə peşəkar şəxslərin paytaxtın məşhur tarixi binalarında gənclərlə ustad dərsi və interaktiv müzakirə formatında görüşlərinin təşkil edilməsi nəzərdə tutulub.
Məkan və tarix barədə məlumat qeydiyyatdan keçən şəxslərə əvvəlcədən göndəriləcək.
Tədbirdə tamaşaçı kimi iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.