Bakıda “Ünsiyyət və təqdimat bacarıqları” adlı təlim keçirilib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az “Gənclərin dostları” portalına istinadən xəbər verir.
Təlim tək şifahi deyil, həm də praktiki formada təşkil olunacaq. Burada iştirakçılar da öz məharətlərini sınaya biləcəklər.
“Öz ünsiyyət problemlərinizi aşkar edib, suallarınıza cavab tapa biləcəyiniz bir təlim olacaq”, – deyə qeyd edilib.
Tədbir 28 yanvar saat 15:00-da “Azora Plaza”da baş tutacaq. İştirak ödənişsizdir. Öncədən qeydiyyatdan keçmək vacibdir. Əlaqə nömrəsi: +994 70 826 21 16.