"NUR Art House" qalereyasında Qarabağ xalçaları sərgilənəcək. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az qalereyaya istinadən xəbər verir.
Sərgidə şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarla yanaşı, müasir xalçaçı-rəssamların əsərləri nümayiş olunacaq. Tamaşaçılar Qarabağ xalçalarının ornamentləri ilə tanış olacaq, mərasim xalçalarının etnoqrafik əhəmiyyətinə həsr olunmuş söhbətləri dinləyəcək, tanınmış xalçaçı-rəssamlarımızın ustad dərslərində iştirak edə biləcəklər.
Tədbir 28 dekabr tarixindən ictimaiyyət üçün açıq olacaq və 1 həftə davam edəcək. Ünvan: İçərişəhər, Qəsr küçəsi, 27.