top
Ölkədə yeni yayılan virus nədir? - RƏSMİ AÇIQLAMA
06 yanvar 2025, 02:44
- ↺ +

Ölkədə yeni yayılan virus nədir? - RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır”.

Bu sözləri Bakuplus.az-a yeni yayılan respirator virusla bağlı açıqlamasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən deyilib.

Bildirilir ki, rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxıstan və Rusiya Federasiyasında müşahidə olunur:

“Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.

Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. Immun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.

Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır.

Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur.

Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.

Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur. Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır”.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Xəbər
Dünən, 10:08

Ağır qəzada xəsarət alan sürücü xəstəxanada öldü

Xəbər
Dünən, 00:01

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
07 oktyabr 2026, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Xəbər
07 oktyabr 2026, 17:10

Göz içi linza gözdə ömürlük qalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavablandırır

Xəbər
07 oktyabr 2026, 16:10

Bakı-Qazax yolunda ağır qəza: 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Xəbər
07 oktyabr 2026, 15:10

Uşağın qanında psixotrop dərman aşkarlanmışdı: bağçanın direktoru işdən çıxarıldı

Xəbər
07 oktyabr 2026, 14:10

Bakı və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Xəbər
07 oktyabr 2026, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
07 oktyabr 2026, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
07 oktyabr 2026, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Oxşar xəbərlər