Bakıya film çəkilişinə gələn pakistanlı aktrisa Mehrin Şah təcəvüzə məruz qaldığını bildirib. Bu haqda o, öz İnstagram səhifəsində videomüraciət paylaşıb.
O, hindistanlı prodüser Rac Qupta və rejissor Syed Ehsan Əli Zaidi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Mehrin Şah onu da qeyd edib ki, prodüser və rejissor hotelə seks işçilərini dəvət ediblər. Şah onların əxlaqsız tələblərini yerinə yetirmək istəməyəndə ona təcavüz olunduğunu söyləyib.
Sənətçi digər aktrisaları xəbərdar etmək üçün hadisəni ictimailəşdirməyə qərar verdiyini deyib.