“Park Bulvar” ticarət mərkəzində “Beauty day” keçiriləcək. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az ticarət mərkəzinə istinadən xəbər verir.
Layihə çərçivəsində gənc stilist və vizajistlər, eləcə də dırnaq, qaş, laminasiya və s. ustalar öz bacarıqlarını nümayiş etdirəcək və əl işlərini canlı olaraq ictimaiyyətə göstərəcəklər.
Tədbirdə, həmçinin bir çox tanınmış simalar, peşəkar stilistlər, vizajist və modelyerlər, eyni zamanda sürpriz qonaqlar iştirak edəcəklər.
Xüsusi qonaq Əməkdar Artist, Azərbaycan, Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Dövlət Televiziyasının solisti Elza xanım Seyidcahan olacaq.
Tədbir 22 yanvar saat 16:00-da başlayacaq. İştirak sərbəstdir.