Məşhur “Bizimkilər” festivalının növbəti tədbiri keçirilir. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az təşkilata isitnadən xəbər verir.
Bahar fəslinin gəlişi ilə əlaqədar əl işləri yarmarkası keçiriləcək. Tədbirdə müxtəlif yerli istehsalçıların geyim məhsulları, eləcə də əl işləri təqdim olunacaq. Həmçinin müxtəlif master-klaslar keçiriləcək, əyləncəli proqramlar təşkil olunacaq.
Bundan əlavə, YARAT İncəsənət Mərkəzi tələbələrinin əsərləri də nümayiş olunacaq.
Yarmarka 2 və 3 mart tarixlərində saat 11:00-20:00 arası keçiriləcək. Giriş sərbəstdir. Ünvan: Nigar Rəfibəyli küçəsi, 12/14, “Passage 1901”.